GENDER PROBLEMLƏRİ İLƏ BAĞLI MƏŞĞƏLƏ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, fevralın 18-də Qərb Universitetinin Gender Araşdırmaları Mərkəzi BMT-nin Əhali Fondu (UNFPA) ilə birgə “Gender bərabərliyi yolunda: Azərbaycanda reproduktiv hüquqların gender problemləri” mövzusunda məşğələ keçirmişdir.
Məşğələdə gender problemləri ilə bağlı çıxışlar dinlənilmiş, müzakirələr aparılmış, təkliflər verilmişdir.
Tədbirdə Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Dövlət Neft Akademiyasının və digər ali məktəblərin tələbələri iştirak etmişlər.