GİMNASTLARIMIZ BEYNƏLXALQ TURNİRDƏ İŞTİRAK ETMİŞLƏR
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, finalda çıxışından sonra 6-cı yeri tutmuş gimnastımız halqa və gürzlə hərəkətlərin nəticələrinə görə yeddinci, lentlə hərəkətlərdən sonra 9-cu olmuşdur. L.Şamilova çoxnövçülüyün nəticələrinə əsasən 12-ci yerə çıxmışdır. Onun komanda yoldaşları Ceyla Quliyeva və Zülfiyyə Əliyeva, müvafiq olaraq, 13-cü və 14-cü yerləri tutmuşlar.
Digər yaş qrupunda çıxış edən Aişə Mustafayeva 8-ci olmuşdur. Bu yaş kateqoriyalarında Rusiya idmançıları qalib gəlmişlər.
Genuyada (İtaliya) keçirilən Dünya kubokunda çıxış edən Vəfa Hüseynova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay, Alina Tryopina və Anastasiya Prosolovadan ibarət Azərbaycanın qrup komandası hər iki finalda İspaniya və Polşa kollektivlərini arxada qoyaraq, birinci onluğa daxil olmuşdur. Beş lentlə hərəkətlərdə komandamız 9-cu, 3 halqa və 4 gürzlə hərəkətlərdə isə 10-cu yerləri tutmuşdur. Proqramın hər iki növündə Rusiya gimnastları fərqlənmişlər.
İyunun 9-10-da İsrailin Holon şəhərində Qran-pri silsiləsindən növbəti yarış və beynəlxalq turnir keçiriləcəkdir. Qran-pri yarışında Dinara Gimatova və Anna Qurbanova, beynəlxalq turnirdə qrup komandamız, habelə iki yeniyetmə gimnast – Zeynəb Cavadlı və Nigar Mirzəyeva iştirak edəcəklər.