GÖMRÜK ƏMƏKDAŞLARI DOQQUZ AYDA 1947 HÜQUQPOZMA FAKTI AŞKARLAMIŞLAR
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, bu ilin doqquz ayı ərzində gömrük orqanları ölkəmizin iqtisadi mənafeyinin və təhlükəsizliyinin qorunması, qaçaqmalçılıq və gömrük işi sahəsində digər hüquqpozma hallarının aşkarlanması və aradan qaldırılması istiqamətində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirmişlər. Belə ki, hesabat dövründə 1947 hüquqpozma faktı aşkar edilmişdir. Bu faktlardan 134-ü cinayət xarakterli olmuş, təqsirləndirilən 142 şəxsdən 78-i Azərbaycan, 65-i xarici ölkə vətəndaşlarıdır.
Gömrük sərhədlərində aşkar edilmiş qaçaqmal əşyalarının dəyəri 2 milyard 182 milyon manat təşkil etmişdir.