“GÖMRÜKÇÜ” JURNALININ NÖVBƏTİ NÖMRƏSİ ÇAPDAN ÇIXMIŞDIR
“Azərbaycanla Bolqarıstan arasında qarşılıqlı münasibətlərdə yeni mərhələ” sərlövhəli yazıda Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri, keçirdiyi görüşlər və səfərin mahiyyətindən söz açılır.
Həmçinin jurnalın bu nömrəsində “Gömrük işi sahəsində əlaqələr dərinləşir”, “Ümumdünya Gömrük Təşkilatının MDB ölkələri üzrə Regional Rabitə Qovşağı Milli Rəhbərliyinin IV iclası”, “QİƏT üzv dövlətlərin iqtisadi cinayətlərin qarşısının alınması və onunla mübarizə qurumları rəhbərlərinin görüşü” adlı məqalələr, eləcə də gömrük sahəsində əməkdaşlığa, qaçaqmalçılığa qarşı mübarizə, xarici ölkələrdə, respublikamızda keçirilmiş mühüm tədbirlərə dair yazılar da geniş yer almışdır.