“GÖMRÜKÇÜ” JURNALININ NÖVBƏTİ NÖMRƏSİ ÇAPDAN ÇIXMIŞDIR
“Azərbaycan-Latviya münasibətlərində yeni mərhələ başlanır” adlı yazıda isə Latviya Respublikası Prezidentinin Azərbaycana rəsmi səfəri və burada keçirdiyi görüşlər haqqında ətraflı məlumat verilmişdir.
Jurnalın bu nömrəsində “Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə edilmişdir”, “Azərbaycan-Koreya əlaqələri möhkəmlənir”, “Cənubi Qafqazda təhlükəsizlik və müdafiə məsələlərində Azərbaycanın mövqeyi yüksək qiymətləndirilmişdir”, “Azərbaycan Gömrük Təşkilatı Avropa gömrük ailəsinə uğurla inteqrasiya edir” başlıqlı yazılar, habelə gömrük sahəsində əməkdaşlığa, qaçaqmalçılıqla mübarizəyə dair və digər yazılar da dərc edilmişdir.