GORANBOYDA 8 NƏFƏRİN ÖLÜMÜ İLƏ NƏTİCƏLƏNƏN YOL-NƏQLİYYAT QƏZASI BAŞ VERMİŞDİR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nəticədə hər iki sürücü və mikroavtobuslarda olan sərnişinlərdən 6 nəfəri hadisə yerində ölmüş, 13 sərnişin isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilmişlər. Yaralılardan 8 nəfərinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmış, beşinin vəziyyəti orta-ağır, 1 nəfərin vəziyyəti isə ağırdır. İlkin məlumata əsasən hadisənin Ərəb Mayılovun idarə etdiyi avtomaşını yolun əks istiqamətinə çıxarması nəticəsində baş verdiyi ehtimal olunur.
Goranboy Rayon Polis Şöbəsində hadisə ilə bağlı cinayət işi açılmışdır və araşdırma aparılır.