Goranboyda taxıl biçini yekunlaşır
Goranboy, 1 iyul, Rauf Hacıyev, AZƏRTAC
İqtisadiyyatının əsasını müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edən Goranboy rayonunda cari məhsul ilində 23 min 739 hektar sahədə taxıl, o cümlədən 8 min 771 hektar buğda, 13 min 755 hektar arpa və 1213 hektar xəsil əkilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu vaxta qədər rayonda 7 min 520 hektardan 23 min 763 ton buğda, 13 min 315 hektardan 41 min 410 ton arpa biçilib.
Buğda üçün orta məhsuldarlıq 31,6 sentner, arpa üçün isə 31,1 sentner təşkil edir. Ümumilikdə, biçilmiş 20 min 835 hektar taxıl sahəsindən 65 min 173 ton məhsul götürülüb. Taxıl sahələrində orta məhsuldarlıq 31,2 sentner olub.
Qeyd edək ki, bundan sonra taxıl biçini rayonun əsasən dağlıq ərazilərində davam etdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]