GÖRKƏMLİ ALİMİN YUBİLEYİ QEYD OLUNMUŞDUR
AMEA-nın vitse-prezidenti akademik Arif Mehdiyev, AMEA-nın müxbir üzvü, professor Bəhram Əsgərov və başqaları çıxış edərək Maqsud Əliyevin zəngin elmi-pedaqoji fəaliyyəti barədə danışmış, ona ən xoş arzularını bildirmişlər. Qeyd olunmuşdur ki, Azərbaycanda yarımkeçiricilər sahəsində tədqiqatların əsasını qoymuş görkəmli alimin 20 ixtirası, 350-dən çox elmi əsəri bu gün də öz əhəmiyyətini itirməmişdir.