Görkəmli şair və dramaturq Hüseyn Cavidin xatirəsi anılıb
Bakı, 5 dekabr, AZƏRTAC
Görkəmli şair və dramaturq Hüseyn Cavidin vəfatından 82 il ötür. Ədibin ev-muzeyində onun xatirəsinə həsr edilmiş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Tədbirdə çıxış edən muzeyin direktoru filologiya elmləri doktoru Gülbəniz Babaxanlı Hüseyn Cavidin zəngin yaradıcılığından danışıb, onun əsərlərinin müxtəlif dillərə tərcümə olunduğunu söyləyib.
Qeyd olunub ki, Hüseyn Cavid “Ana”, “Maral”, “Şeyx Sənan”, “İblis”, “Şeyda”, “Peyğəmbər”, “Topal Teymur”, “Knyaz”, “Səyavuş”, “Xəyyam”, “İblisin intiqamı” və digər ölməz əsərlər yaradıb.
G.Babaxanlı Ümummilli Lider Heydər Əliyevin Hüseyn Cavidin ədəbi irsinə xüsusi diqqət göstərdiyini xatırladıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Cavidin nəşi uzaq Sibirdən Vətənə gətirilib və doğma yurdu Naxçıvanda torpağa tapşırılıb.
Digər çıxış edənlər də Hüseyn Cavidin ədəbiyyatımıza verdiyi töhfələrdən, onun əsərlərinin əhəmiyyətindən danışıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:30]
Mərkəzi Elmi Kitabxanada professor Asif Rüstəmlinin kolleksiyası yaradılıb
- 06.10.2026 [15:44]
KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib
- 06.10.2026 [14:49]