GÖRÜLƏN TƏDBİRLƏR ƏLAVƏ MƏNFƏƏT GƏTİRƏCƏKDİR
Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, emal kompleksində neft emalının səmərəsini artırmaq üçün tədbirlər görülür. Heydər Əliyev adına Bakı neft emalı zavodunda mühərrik yanacağının keyfiyyətini yaxşılaşdırmaq üçün yaradılmış hidrogenlə təmizləmə və merikem qurğularında “Azərneftyağ” neft emalı zavodundan daxil olan ilkin emal mazutu əvəzinə ona ekvivalent miqdarda xam neftin emal edilməsi nəzərdə tutulmuşdur. Bu, bir tərəfdən, həmin mazutun neftlə birlikdə yenidən emalı zamanı yaranan əlavə material-enerji xərclərinin, digər tərəfdən isə ilkin emal qurğusunda istehsal olunmuş məqsədli məhsulların maya dəyərinin artmasının qarşısını alır. Bu tədbir Şirkətə ildə 10,3 milyon manat əlavə mənfəət gətirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:43]
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
- 16.10.2026 [18:43]
Mərkəzi Bank 2026 və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb
- 16.10.2026 [18:40]
Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]
Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib
- 16.10.2026 [18:13]