GÖYÇAY POLİS ŞÖBƏSİNDƏ DOQQUZ AYIN YEKUNLARINA DAİR MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
O bildirmişdir ki, ötən müddət ərzində Göyçayda baş vermiş 67 cinayət hadisəsinin əksəriyyətinin üstü açılmışdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 10 fakt qeydə alınaraq, qanuni ölçülər görülmüşdür. Vətəndaşlardan 3 avtomat, 4 ədəd “Toz-8” tipli tüfəng, 1 karabin, 2 ədəd ov silahı, tank əleyhinə qumbaraatan, 1 ədəd piton radiostansiyası, 1349 ədəd avtomat patronu müsadirə edilmişdir.
Çıxışlarda qazanılmış uğurlar qeyd olunmaqla yanaşı, yol verilmiş nöqsanlar təhlil olunmuşdur. Narkomanlığa, avtoxuliqanlığa qarşı mübarizənin gücləndirilməsi, ictimaiyyətlə əlaqənin möhkəmləndirilməsi, qabaqlayıcı profilaktiki tədbirlərin görülməsi və ötən illərdən bağlı qalmış cinayət hadisələrinin açılmasına nəzarətin artırılması vacib sayılmışdır.