Göyçay rayon sakininin arvadını və özünü öldürməsi ilə bağlı cinayət işi başlanıb
Bakı, 5 iyul, AZƏRTAC
İyulun 3-ü saat 18 radələrində Göyçay rayon sakinləri Elnur Cavadov və arvadı Ülviyyə Cavadovanın ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Göyçay Rayon Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, aparılmış ilkin araşdırmalarla Elnur Cavadovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı ov tüfəngindən atəş açaraq arvadı Ülviyyə Cavadovanı qəsdən öldürdükdən sonra həmin tüfənglə baş nahiyəsinə atəş açaraq özünü də öldürdüyü müəyyən olunub.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]