GÖYÇAYDA 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ RESPUBLİKA TURNİRİ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, Göyçay Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə yanvarın 16-da 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə XII ənənəvi respublika turnirinə start verilmişdir.
Yarışın açılış mərasimində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Tədbirdə çıxış edənlər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş vətən övladlarının heç vaxt unudulmayacağını qeyd etmişlər. Bildirilmişdir ki, şəhidlərimizin qanı bahasına əldə olunmuş müstəqilliyimiz Azərbaycanın milli sərvətidir və onu qorumaq hər bir vətəndaşın müqəddəs borcudur.
Gənclər və İdman Nazirliyinin tədbirlər planına uyğun olaraq keçirilən birincilikdə iştirak edən 1991-96-cı il təvəllüdlü uşaq və yeniyetmə güləşçilər 13 çəki dərəcəsi üzrə qüvvələrini sınayırlar. Turnirdə Bakı, Sumqayıt, Gəncə, Əli Bayramlı, Mingəçevir, Beyləqan, Göyçay, Cəlilabad, Kürdəmir, Goranboy və Yevlaxdan 200-ə yaxın pəhləvan mükafatlar uğrunda mübarizə aparır.
Qaliblər yanvarın 17-də məlum olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]