Göyçayda Ulu Öndərin xatirəsi ehtiramla anılıb
Göyçay, 12 dekabr, Rəşad Türkoğlu, AZƏRTAC
Ölkəmizin inkişaf yoluna, dövlətçilik təməllərinin möhkəmlənməsinə və müstəqilliyimizin əbədiliyinə ömrünü həsr etmiş böyük şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin xatirəsi Göyçayda böyük ehtiram və minnətdarlıq hissi ilə yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, Milli Məclisin deputatı Sabir Hacıyev, rayonun məhkəmə və hüquq-mühafizə orqanlarının rəhbərləri, dövlət qurumları, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndərin abidəsini ziyarət ediblər. Ümummilli Liderin abidəsinin önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb.