GÖYƏRÇİNLƏR MİSİRİN CƏNUBUNDA KÜTLƏVİ YANĞINLAR TÖRƏTMİŞLƏR
Ekspertlərin fikrincə, yanğınları kənd yerlərində çoxlu yetişdirilən və ətindən qida kimi istifadə edilən göyərçinlər törətmişlər. Bu quşlar evlərin damına qonur və onların lələkləri bacalardan çıxan qığılcımdan alovlanıb yanır. Bundan vəlvələyə düşən quş havaya qalxır və qonşu evlərin üstünə düşür.
Ekspertlər həmçinin güman edirlər ki, yanğınlara mal-qara peyni də səbəb ola bilər. Belə ki, kəndlilər təzək düzəltmək üçün onu evlərin damlarında qurudurlar. Təzək yanacaq kimi işlədilir və tez alovlanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]