GÖYGÖL RAYONU ƏRAZİSİNDƏ BİR HƏFTƏ ƏVVƏL BAŞ VERMİŞ SÜRÜŞMƏ ZONASI YENİDƏN FƏALLAŞMIŞDIR
Göygöl, 4 may (AZƏRTAC). Göygöl rayonunun Aşıqlı kəndində bir həftə əvvəl baş vermiş torpaq sürüşməsi yenidən fəallaşmışdır.
Bu barədə məlumat verən rayon fövqəladə hallar komissiyasının sədri Turani Əliyev demişdir ki, keçən həftə kənddən keçən magistral yolda uzunluğu 30 metrədək olan çatlar əmələ gəlmişdi. Təcili olaraq yolda təmir işləri aparılmış və nəqliyyatın hərəkəti bərpa edilmişdi. Lakin mayın 3-də gecə saatlarında yağan leysan yağışları nəticəsində həmin ərazidə torpaq sürüşməsi yenidən fəalaşmışdır. Hadisə zamanı kənd sakinlərinin fərdi təsərrüfatlarına heç bir ziyan dəyməmişdir. Yolun bərpası istiqamətində görüləcək işlər üçün Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin və Göygöl rayon mütəxəssislərinin iştirakı ilə əraziyə baxış keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]