“GRENKE Chess Classic 2019”: Arkadi Naydiç Vişvanatan Ananda qarşı mübarizə aparır
Bakı, 26 aprel, AZƏRTAC
Aprelin 26-da Almaniyada “GRENKE Chess Classic 2019” superturnirinin altıncı turunun oyunları keçirilir.
AZƏRTAC xəbər verir ki, ötən turda Azərbaycan şahmatçısı Arkadi Naydiç dünya çempionu Maqnus Karlsen ilə heç-heçə edib. Beş turun nəticəsinə görə təmsilçimizin aktivində 2,5 xal var.
Turun digər oyunlarında B.Keymer Georq Mayeri məğlub edib. Vişvanatan Anand Fabiano Karuana, Maksim Vaşe-Laqrav Levon Aronyan, Piter Svidler Fransisko Valexo ilə heç-heçə ediblər.
Hazırda M.Karlsen və V.Anand 3,5 xalla turnir cədvəlinə başçılıq edirlər. L.Aronyan, M.Vaşe-Laqrav, F.Karuana, P.Svidler 3 xal, F.Valexo 1,5, B.Keymer və Q.Mayer 1 xal toplayıblar.
Növbəti turda Arkadi Naydiç keçmiş dünya çempionu V.Ananda qarşı mübarizə aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]