GUAM-a üzv ölkələr arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib
Bakı, 8 fevral, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Demokratiya və İqtisadi İnkişaf naminə təşkilat - GUAM-ın baş katibi Altay Əfəndiyev ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə GUAM çərçivəsində üzv dövlətlər arasında iqtisadi-ticarət əlaqələrinin və işçi qrupları üzrə sahəvi əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
Nazir Elmar Məmmədyarov hazırda GUAM-a sədr ölkə kimi Azərbaycanın üzv dövlətlər arasında nəqliyyat, turizm, enerji, informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın inkişafına töhfəsini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.