Azərbaycan Dövlət İnformasiya Agentliyi

Güclü dövlət, güclü ordu, güclü lider

Güclü dövlət, güclü ordu, güclü lider

Bakı, 24 iyun, AZƏRTAC

Müasir dövlətçilik anlayışında güclü ordu yalnız hərbi qüdrətin göstəricisi deyil, həm də dövlətin müstəqilliyinin, milli təhlükəsizliyinin və suverenliyinin əsas təminatçısıdır. Azərbaycan da müstəqilliyini bərpa etdikdən sonra qarşısında duran ən mühüm vəzifələrdən biri kimi güclü milli ordunun formalaşdırılmasını müəyyənləşdirib. Bu gün 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun keçdiyi inkişaf yoluna nəzər saldıqda aydın görünür ki, əldə olunan uğurlar təsadüfi deyil. Bu uğurların təməlində uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasəti, milli maraqlara əsaslanan strateji qərarlar və xalqın öz ordusuna olan böyük etimadı dayanır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili bildirib. O bildirib ki, Azərbaycanın müasir ordu quruculuğunun ideoloji və institusional əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılıb. Hələ sovet dövründə Azərbaycanın gələcək hərbi potensialını düşünən Ulu Öndər milli hərbi kadrların hazırlanmasını prioritet vəzifələrdən biri kimi müəyyən etmişdi. Məhz onun təşəbbüsü ilə yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Lisey sonrakı dövrdə minlərlə peşəkar zabit və hərbçinin yetişməsində mühüm rol oynadı. Azərbaycanın müstəqillik əldə etməsindən sonra isə Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə nizami ordu quruculuğu prosesi sistemli xarakter aldı. 1990-cı illərin mürəkkəb siyasi və hərbi şəraitində Azərbaycanın dövlət müstəqilliyini qoruması, daxili sabitliyi təmin etməsi və gələcək inkişafının əsasını qoyması məhz güclü dövlət idarəçiliyi və ordu quruculuğu siyasəti sayəsində mümkün oldu. Hər bir ordunun döyüş qabiliyyətini müəyyən edən əsas amillərdən biri onun mənəvi gücüdür.

Deputat Azərbaycan Ordusunun ən böyük üstünlüyünün məhz xalqla olan ayrılmaz bağlılığında, vətənpərvərlik ruhunda və dövlətə sədaqətində özünü göstərdiyini, Ulu Öndər Heydər Əliyevin “Ordu xalqın bir hissəsidir” fikrinin bu gün də Azərbaycan dövlətinin hərbi siyasətinin əsas prinsiplərindən biri olaraq qaldığını bildirib: “Azərbaycan əsgəri yalnız hərbi xidmət keçən şəxs deyil, həm də xalqın iradəsini, dövlətin gücünü və milli dəyərləri təmsil edən vətəndaşdır. Məhz buna görə də ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, hərbi xidmətə hazırlığı və milli-mənəvi dəyərlərə bağlılığı dövlət siyasətinin mühüm istiqamətlərindən biri hesab olunur”.

O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun öz inkişafının ən dinamik və uğurlu mərhələsinə qədəm qoyduğunu, son illərdə həyata keçirilən hərbi islahatlar, müdafiə sənayesinin inkişafı, müasir texnologiyaların tətbiqi və beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsinin Silahlı Qüvvələrin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə şərait yaratdığını qeyd edib: “Ordunun maddi-texniki bazasının gücləndirilməsi, ən müasir silah və texnikalarla təchiz edilməsi, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi və peşəkar hazırlığın artırılması istiqamətində görülən işlər Azərbaycanın müdafiə potensialını əhəmiyyətli dərəcədə artırdı. Bu siyasətin nəticəsində Azərbaycan Ordusu təkcə regionun deyil, dünyanın nüfuzlu hərbi reytinqlərində ön sıralarda qərarlaşan silahlı qüvvələrdən birinə çevrildi”.

Deputat bildirib ki, Azərbaycan Ordusunun gücü illər ərzində keçirilən təlimlərdə, hərbi əməliyyatlarda və beynəlxalq missiyalarda özünü göstərsə də, onun əsl qüdrəti 2020-ci ildə bütün dünyaya nümayiş etdirildi.

44 günlük Vətən müharibəsi Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindən biridir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu hərbi strategiya nəticəsində Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi. Bu Qələbə yalnız hərbi uğur deyil, eyni zamanda, milli iradənin, xalq–ordu birliyinin və dövlət siyasətinin təntənəsi idi. Azərbaycan əsgəri sübut etdi ki, Vətən sevgisi, peşəkarlıq və yüksək döyüş ruhu qarşısında heç bir maneə dayana bilməz. Müharibədən sonrakı mərhələdə Azərbaycan Ordusunun inkişafı daha da sürətlənib. Komando birliklərinin yaradılması, xüsusi təyinatlı qüvvələrin gücləndirilməsi, hərbi təhsil sisteminin yenidən qurulması və Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə uyğun islahatlar ordumuzun gələcək inkişaf strategiyasının əsas istiqamətlərini təşkil edir. Milli Müdafiə Universitetinin yaradılması, hərbi kolleclərin fəaliyyətə başlaması və yeni nəsil zabit korpusunun formalaşdırılması Azərbaycanın müdafiə qabiliyyətinin uzunmüddətli perspektivdə daha da möhkəmlənməsinə xidmət edir. Müasir dövrün təhlükəsizlik çağırışları göstərir ki, güclü ordu yalnız bugünkü deyil, həm də gələcək nəsillərin təhlükəsizliyinin təminatıdır”, - deyə o vurğulayıb.

Tahir Mirkişili əlavə edib ki, dövlətimizin müstəqil siyasəti, iqtisadi potensialı və hərbi qüdrəti regionda yeni reallıqlar formalaşdırır. Ordumuzun əldə etdiyi nailiyyətlər nəticəsində Azərbaycanın milli maraqları etibarlı şəkildə qorunur, ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənir və regionda sabitliyin təmin olunmasına mühüm töhfə verir. 26 İyun - Silahlı Qüvvələr Günü hər bir azərbaycanlı üçün yalnız bayram deyil, həm də dövlətə, Vətənə və qəhrəman Ordumuza hörmət və ehtiram günüdür. Azərbaycanın qüdrətli Ordusu bundan sonra da müstəqilliyimizin keşiyində dayanacaq, xalqımızın təhlükəsizliyini və dövlətimizin milli maraqlarını layiqincə qoruyacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyununda ilk hissə heç-heçə yekunlaşıb - YENİLƏNİB

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününun altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb