GÜCLÜ QAR ALMANİYADA XAOS YARATMIŞDIR
Güclü qasırğalı qar yağmuru ağacları kökündən qopararaq küçələrə, yollara yıxmış, rabitə və elektrik xətlərini dağıtmış, hava, dəmir yolu və küçə nəqliyyatında xaos yaratmışdır. Frankfurt, Berlin və Düsseldorf hava limanlarında təyyarələrin uçuş və enmə zolaqlarını qalın qar örtüyündən təmizləmək heç bir fayda vermədiyindən, ölkədaxili və beynəlxalq uçuş reysləri kütləvi şəkildə təxirə salınmışdır. Qalın qar və buz örtüklü sürüşkən yollarda nəqliyyatın hərəkəti iflic vəziyyətinə düşmüşdür.
Polisin verdiyi məlumatlara görə, Hessen, Raynland-Pfalts, Baden-Vürttemberq, Nordrayn-Vestfalen və Bavariya federal əyalətlərini birləşdirən magistral avtobanlarda 1500-dən artıq ağır yol-nəqliyyat qəzası baş vermiş, nəticədə ölən və yaralananlar vardır. Şose yollarında minlərlə maşın tıxaca düşərək hərəkəti dayandırmışdır. Bəzi yerlərdə nəqliyyat tıxaclarının uzunluğu 100-150 kilometri keçmişdir.
Elektrik enerjisi xətlərinin dağılması və dəmir yollarını qar uçqunlarının basması səbəbindən Almaniya daxilində qatarların hərəkəti bir çox istiqamətlərdə müəyyən müddətə dayandırılmışdır. Münster-Reyna və Osnabrük-Bremen istiqamətində hərəkət edən qatarlarda sərnişinlər yarı yolda dayanmış vaqonlarda gecələmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:10]
Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]