GÜCLÜ YAĞIŞ GÜRCÜSTANLI SOYDAŞLARIMIZA DA PROBLEM YARATMIŞDIR
Tbilisi, 4 may (AZƏRTAC). Gürcüstanda son günlər ara verməyən yağış soydaşlarımızın yığcam məskunlaşdığı Kvemo Kartli-Borçalı bölgəsində də problem yaratmışdır.
Kür çayında suyun səviyyəsinin ciddi surətdə artması nəticəsində bölgənin Qardabani rayonundakı Qaracalar, Ağtəhlə və Qaratəhlə kəndlərində əkin sahələrini, 10-dan çox evin birinci mərtəbəsini su basmış, ev heyvanları tələf olmuşdur. Alget çayında suyun qalxması nəticəsində Marneuli rayonunda bir sıra problem yaranmış, bir körpü uçmuşdur.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]