Güləş qaydalarında bəzi dəyişikliklər edilib
Bakı, 27 mart, AZƏRTAC
Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin iclasında güləş qaydalarına bəzi dəyişikliklər təsdiqlənib. Bu dəyişikliklər aprelin 2-dən qüvvəyə minəcək.
AZƏRTAC xəbər verir ki, dəyişikliklərə əsasən, yarış vaxtı döşək rəhbərinin çağırışı ilə hakimlərin məsləhətləşməsi zamanı videotəkrara baxılmayacaq. Videotəkrara yalnız məşqçi tərəfindən etiraz edilərkən baxılacaq. Həmçinin yunan-Roma güləşində passiv xəbərdarlığı vermək üçün gözlənilən vaxt müddəti ləğv edilib, passivliyə görə parter tətbiq edilməsi isə hər hissədə 1 dəfə olmaq şərti ilə məhdudlaşdırılıb.
Neqativ güləş adlandırılan və qaydalara zidd hərəkətlərə görə, sərbəst güləşdə xəbərdarlıq rəqibə 1 xal, yunan-Roma güləşində xəbərdarlıq rəqibə 2 xal verilməklə qiymətləndiriləcək. Güləşmədən qaçmağa görə, sərbəst güləşdə xəbərdarlığa görə rəqibə 1, yunan-Roma güləşində isə 2 xal veriləcək. Xalçadan qaçma da güləşmədən qaçma kimi dəyərləndiriləcək, ancaq təhlükəli vəziyyətdə xalçadan qaçmağa görə hər iki güləş növü üzrə xəbərdarlıq rəqibə 2 xal verilməklə qiymətləndiriləcək.
Yunan-Roma güləşində hücum edən güləşçi ayaqdan istifadə edərsə əvvəlcə şifahi xəbərdarlıq ediləcək, ikinci dəfə isə xəbərdarlığa görə rəqibə 1 xal veriləcək. Yunan-Roma güləşində müdafiə olunan güləşçi ayaqdan istifadə edərsə əvvəlcə xəbərdarlıq və rəqibə 2 xal verilməklə qiymətləndiriləcək, ikinci dəfə isə yarışdan kənarlaşdırılacaq və qələbə digər idmançıya veriləcək.
Qəsdən kobud qayda pozuntusuna yol verən güləşçi qırmızı kartla cəzalandırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]