GÜLƏŞÇİLƏRİMİZ LİSENZİYA UĞRUNDA MÜBARİZƏ APARACAQLAR
Fevralın 14-də Bolqarıstanda sərbəst güləş üzrə “Super A” dərəcəli olimpiyaqabağı lisenziya turniri başlanacaqdır. Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Azərbaycanı yarışlarda üç idmançı – Elman Əsgərov (66 kq), Hacımurad Məhəmmədov (84 kq) və Nikolay Telegin (120 kq) təmsil edəcəklər. İlk dörd yeri tutan idmançılar 2004-cü ilin Olimpiya oyunlarına lisenziya alacaqlar.
Bu növdə yarışlar yeddi çəki dərəcəsində keçirilir. Yığmamız artıq 4 lisenziya qazanmışdır. Onlar Sidney Olimpiadasının çempionu Namiq Abdullayevə (55 kq), dünya çempionu Arif Abdullayevə (60 kq), habelə Elnur Aslanova (74 kq) və Rüstəm Ağayevə (96 kq) məxsusdur.
Azərbaycan yığma komandası 2004-cü ilin Olimpiya oyunlarına indiyədək 15 lisenziya qazanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]