Güləşçimiz Şamil Zubairov Avropa çempionatında bürünc medal uğrunda mübarizə aparacaq
Bakı, 20 aprel, AZƏRTAC
Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, turnirdə 97 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz Şamil Zubairov rumıniyalı idmançı xalça üzərinə çıxmadığı üçün növbəti mərhələyə yüksəlib. Ancaq dörddəbir finalda türkiyəli rəqibinə uduzub. Rəqib finala yüksəldiyi üçün Ş.Zubairov aprelin 20-də təsəlliverici görüşə çıxıb. Moldova təmsilçisi Radu Lefterə qalib gələn güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq. Təmsilçimizin rəqibi Gürcüstan idmançısı Elizbar Odikadze olacaq.
Millimizin üzvlərindən Turan Bayramov (70 kq) qızıl, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Rəşad Yusifli (79 kq) bürünc medal uğrunda xalça üzərinə çıxacaqlar.
Qeyd edək ki, qitə birinciliyində beynəlxalq dərəcəli hakim Hicran Şərifov ədaləti qoruyur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:27]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]