GÜLLƏ ATICILIĞI ÜZRƏ BAKI ŞƏHƏR III AÇIQ TURNİRİ KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, dekabrın 10-dan Neftçi İdman Sağlamlıq Mərkəzinin atıcılıq tirində akademik Ziya Bünyadovun xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə Bakı şəhər III açıq turniri keçirilir.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi yarışda məqsəd güllə atıcılığı idman növünü təbliğ və inkişaf etdirmək, şəhər yığma komandasına namizədlər seçmək və idmançıların ustalıq səviyyəsini artırmaqdan ibarətdir.
Artıq pnevmatik tapança ilə yarışan kişilərin şəxsi birinciliyində qaliblər məlum olmuşdur. Şükürağa Eyvazov (MOİK) 563 xalla 1-ci, Ruslan Luniyov (Neftçi) 563 xalla 2-ci, Levan Kadaqidze 561 xalla 3-cü yeri tutmuşlar.
Qadınların şəxsi çempionatında isə qalib adını 384 xal toplamış İradə Aşumova (Neftçi) qazanmışdır. Nino Salukvadze 383 xalla 2-ci, Nigar Bağırova (Neftçi) 380 xalla 3-cü yerə çıxmışlar.
Turnir dekabrın 15-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]