GÜNDƏLİK HASİLAT ARTACAQ
bp-dən AZƏRTAC-a bildirmişlər ki, hazırda “Azəri” və “Çıraq” yataqlarından gündə 370 min barrel neft çıxarılır. “Qərbi Azəri” platforması gələn ilin əvvəlində işə düşəndən sonra hasilat artaraq ilin sonunda 500 min barrelə çatacaqdır. Azərbaycan nefti ilə doldurulmuş tanker Türkiyənin Ceyhan limanından dünya bazarlarına gələn ilin 1-ci rübündə yola salınacaqdır. BTC kəməri ilə gündə 1 milyon barrel neft nəql ediləcəkdir. Türkmənistan və Qazaxıstan nefti də bu kəmərlə daşınacaqdır. İlk vaxtlar kəmərlə ildə 7,5 milyon barrel, “Kaşaqan” yatağında hasilat başlanandan sonra isə ildə 20 milyon barrel Qazaxıstan nefti nəql olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:29]
Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək
- 06.10.2026 [18:28]
Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb
- 06.10.2026 [17:09]