Günəbaxan sahələrində parazit alaq otu aşkarlanıb
Bakı, 8 iyun, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin fitosanitar monitorinqləri zamanı günəbaxan sahələrində parazit bitki olan “Orobanş” və ya xalq arasında kəhrə (türk dilində “Canavar otu”) adlanan alaq otu aşkarlanıb.
Dövlət Fitosanitar Nəzarəti Xidmətindən AZƏRTAC-a bildiriblər ki, sirayətlənmə Samux rayonunun Əhmədbəyli, Ağasıbəyli, Alıuşağı, Zazalı və Lək kəndlərinin ərazisini əhatə edib.
Mütəxəssislər tərəfindən fermerlərə və təsərrüfat sahiblərinə parazit alaq bitkisinə qarşı mübarizə tədbirlərinin aparılması ilə bağlı tövsiyələr verilib.