GÜRCÜ-ABXAZ MÜHARİBƏSİNDƏN 14 İL KEÇİR
Gürcüstan hökumətinin məlumatına görə, bu silahlı münaqişədə 3,5 min gürcü hərbi qulluqçusu, 7 mindən çox dinc vətəndaş həlak olmuş, 300 mindən artıq insan (Abxaziyanın müharibədən əvvəlki əhalisinin təxminən 65 faizi) doğma ocaqlarını tərk etmişdir. Bir ildən artıq davam edən müharibə 1993-cü ilin sonlarında Suxuminin süqutu ilə nəticələnmişdir.
Mühacirətdə olan Abxaziya legitim hökumətinin və Abxaziya Ali Sovetinin nümayəndələri, siyasi və ictimai xadimlər, hərbi qulluqçular və veteranlar Abxaziya müharibəsində qəhrəmancasına həlak olmuş döyüşçülərin Tbilisidəki abidəsi önünə və qardaşlıq qəbiristanına əklillər qoymuşlar. Mərasimdə vurğulanmışdır ki, “14 avqust günü bütün ölkə üçün, bütün Gürcüstan sakinləri üçün faciəli gün olmuşdur”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]