DÜNYA
“Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası Aİ səfirini dezinformasiya yaymaqda ittiham edib
Tbilisi, 29 noyabr, AZƏRTAC
“Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinskinin Gürcüstanın Avroatlantik inteqrasiya prosesini 4 ildir dayandırması barədə məlumatları həqiqəti əks etdirmir. Səfir dezinformasiya yayır və bununla da cəmiyyəti çaşdırır”.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın hakim “Gürcü Arzusu- Demokratik Gürcüstan” partiyasının feysbuk səhifəsində dərc olunan bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, əslində Gürcüstan hökuməti Aİ ilə Assosiasiya Sazişinin icrasını ciddi şəkildə izləyəcəyini və 2028-ci ilə qədər Assosiasiya Sazişinin 90 faizini yerinə yetirəcəyini vurğulayıb. Pavel Herçinski isə bunları görməzdən gəlir və dezinformasiya yayır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi