Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gürcü ekspert: Azərbaycansız Gürcüstan Asiya ilə Avropa arasında dəhliz ola bilməz - MÜSAHİBƏ

Gürcü ekspert: Azərbaycansız Gürcüstan Asiya ilə Avropa arasında dəhliz ola bilməz - MÜSAHİBƏ

Bakı, 15 iyul, AZƏRTAC

Azərbaycanın son illər artan iqtisadi imkanları, əlverişli coğrafi mövqeyindən maksimum fayda əldə etmək bacarığı, beynəlxalq aləmə inteqrasiyası ölkənin qonşuları ilə münasibətlərinə müsbət təsir göstərib. Azərbaycanın qonşu dövlətlərlə olan siyasətində Gürcüstanla əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, Gürcüstan Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eləcə də Şərqdən Qərbə yüklərin daşınmasında mühüm tranzit rolunu oynayır. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var. Bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır.

İki ölkə arasında olan münasibətlərlə bağlı AZƏRTAC-ın suallarını gürcü ekspert, Tbilisi Dövlət Universitetinin Təhlil və Proqnozlaşdırma Mərkəzinin direktoru, professor Vaxtanq Çaraya cavablandırıb.

- Azərbaycan Cənubi Qafqazın dünya iqtisadiyyatına inteqrasiyasında hansı rolu oynaya bilər?

- Azərbaycanın unikal coğrafi mövqeyi, ixtisaslı, yüksək təhsilə sahib işçi qüvvəsi var. Burada yaradılmış sağlam ab-hava, komanda işi və əməkdaşlıq sayəsində çoxlu uğurlar əldə etmək olar. Qeyd etməliyəm ki, region ölkələrindən heç biri təkbaşına öz potensialını reallaşdıra bilməyəcək. Uzunmüddətli iqtisadi uğura nail olmaq əməkdaşlıq tələb edir. Yəni bu uğur təkcə təbii resurslardan asılı deyil. Azərbaycan Gürcüstanla birlikdə Cənubi Qafqazın Avropa və Asiya arasında inkişaf mərkəzi olmasına kömək edən yaxşı tandem yaradır. Ona görə də Azərbaycansız Gürcüstan Asiya ilə Avropa arasında dəhliz ola bilməz.

- Bakı ilə Tbilisi arasında münasibətlərin hazırkı iqtisadi səviyyəsini necə qiymətləndirirsiniz?

- Bizim yüksək səviyyəli əla iqtisadi-ticari əlaqələrimiz var. Azərbaycan Gürcüstanın ilk beş ticarət tərəfdaşı sırasındadır və təbii ki, bu baxımdan tərəfdaşlığın daha da inkişaf etdirilməsi çox vacibdir. Nəqliyyat və enerji sahələrində əməkdaşlığın inkişafı üçün böyük perspektiv var. Bakı və Tbilisi bu gün kifayət qədər intensiv əməkdaşlıq edirlər və deyə bilərik ki, ölkələrimiz arasında həyata keçirilən layihələrin əksəriyyəti Bakı tərəfindən maliyyələşdirilir. Bununla belə, Tbilisinin əsas rol oynadığı layihələr də var. Hər iki ölkənin tarixi İpək Yolu üzərində yerləşməsi, birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi regionumuzdan keçən yükdaşımaların həcmini xeyli artırıb. Uğurlu regional əməkdaşlıq çərçivəsində Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi irimiqyaslı qlobal enerji, nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi Azərbaycanla Gürcüstan arasında regional sülh və sabitliyə töhfə verir. Bundan əlavə, ölkələrimiz yaşıl enerji sahəsində yeni layihələr üzərində işləyir.

Ötən il ərzində ölkələr arasında ticarət dövriyyəsi 15,4 faiz artaraq 1,515 milyard dollara çatıb. 2023-cü ildə Azərbaycan Gürcüstan üçün əsas ixrac istiqaməti olub və ümumi ixracda 14,2 faiz paya sahib olub. Gürcüstandan Azərbaycana 862 milyon dollarlıq mal ixrac edilib, idxal isə 653,9 milyon dollar təşkil edib.

- Sizcə, bu gün bütövlükdə regionun iqtisadiyyatı hansı problemlərlə üzləşir?

- Gürcüstan tərəfdən problemlər ondan qaynaqlana bilər ki, Tbilisidə mövcud siyasi vəziyyət investisiyaların cəlb edilməsinə mane olur, çünki Gürcüstanla Aİ arasında vəziyyət heç də yaxşı səviyyədə deyil.

- Bu yaxınlarda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan və Azərbaycanın yeni gömrük keçid məntəqəsi açacağını bildirib. Bu fakt ölkələrin tranzit və logistika imkanlarının inkişafına necə kömək edəcək?

- Bu keçid məntəqəsi ölkələrimiz arasında yeni qüvvəyə və yeni imkana çevriləcək. Bu, həm də nəqliyyat marşrutlarını şaxələndirməyə kömək etdiyimiz ölkələr üçün üstünlük olacaq. Gürcüstan və Azərbaycan arasında gömrük-keçid məntəqəsi ölkələrin tranzit və logistika imkanlarının inkişafına töhfə verəcək, həmçinin nəqliyyat və ticarət sahələrində regional əlaqələri daha da gücləndirəcək. Hazırda Azərbaycan və Gürcüstan arasında beş avtomobil keçid məntəqəsi fəaliyyət göstərir. Bundan əlavə, daha bir dəmir yolu məntəqəsi var (Böyük Kəsik).

- Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından Azərbaycanın perspektivləri haqqında fikirlərinizi bilmək maraqlı olardı.

- Azərbaycan və Aİ strateji enerji tərəfdaşları hesab olunurlar. Bu fakt həm Bakı, həm də Aİ üçün müsbət haldır. Gürcüstan da bundan faydalanır, çünki biz tranzit ölkə kimi Azərbaycan qazının nəqlindən müəyyən dividendlər alırıq. Enerji təchizatının təhlükəsizliyini təmin etmək və Rusiyadan enerji asılılığını azaltmaq istəyən Aİ üçün Azərbaycan alternativi siyasi və iqtisadi üstünlüklər təklif edir. Dünyada və regionda gedən təlatümlü hərbi-siyasi proseslərə baxmayaraq, Azərbaycan müttəfiqlərinin gözündə etibarlı tərəfdaş olduğunu sübut edə bildi. Bu gün Azərbaycan qazını Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya və İtaliya vasitəsilə Almaniya, Böyük Britaniya, Fransa və İsveçrədən bir neçə iri enerji şirkətləri alır. Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Xorvatiya, Slovakiya və Şimali Makedoniya da qaz alışında maraqlıdır.

- Müasir dünyada aktual problemlərdən biri də yaşıl iqtisadiyyata keçiddir. Dayanıqlı və ekoloji cəhətdən təmiz texnologiyaların inkişafı üçün Azərbaycan və Gürcüstanın potensialını nədə görürsünüz? Bu prosesi stimullaşdırmaq üçün hansı tədbirlər görülməlidir?

- Biz həmçinin yeni layihələr üzərində işləyirik ki, onlardan biri də yaşıl enerjidir. Azərbaycan və Gürcüstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizinin fəaliyyətinin gücləndirilməsi və prosesinin sürətləndirilməsində həmrəy olduqlarını bildiriblər. Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya hökumətləri 2022-ci il dekabrın 17-də Buxarestdə yaşıl enerjinin inkişafı sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar. Bu saziş 1 QVt gücündə elektrik enerjisinin ötürülməsi üçün Qara dənizin dibi boyunca kabel çəkilməsini nəzərdə tutur. Bu xətt 1195 km uzunluğunda olacaq və Azərbaycanda hasil edilən elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya, sonradan Macarıstana və Avropanın qalan hissəsinə nəql etmək üçün nəzərdə tutulub. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi layihələr yaşıl enerji layihəsinə nümunə olacaq və eyni uğurla həyata keçiriləcək. Həm Gürcüstan, həm də Azərbaycan çox böyük bərpaolunan enerji potensialına malikdir.

- Nəqliyyat və logistika iqtisadi inkişafın əsas komponentləri hesab olunur. Azərbaycan və Gürcüstan arasında bu sahədə əməkdaşlığın gələcək perspektivlərini necə görürsünüz?

- Tbilisi ilə Bakı dəmir yolu sahəsində uğurla əməkdaşlıq edir. Biz Orta Dəhlizin inkişaf perspektivlərini də nəzərdən keçirdik və bu dəhlizin inkişafının sürətləndirilməsi üçün Azərbaycan və Qazaxıstanla koordinasiyalı işləyirik. Gürcüstanda da biz dəmir yollarının modernləşdirilməsi ilə bağlı işlərə başlamışıq. İşlər bu ilin sonuna kimi başa çatdırılacaq və dəmir yolunun ötürücülük qabiliyyəti artacaq. Region ölkələrinin - Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə bizim nəqliyyat sahəsində birgə fəaliyyət üçün mühüm platformamız var və bunun üçün artıq xüsusi yol xəritəsi qəbul edilib.

- Gəlin, innovasiya və rəqəmsal transformasiyaya diqqət yetirək. Azərbaycan və Gürcüstan iqtisadiyyatlarında innovativ texnologiyaların təşviqi üçün hansı konkret perspektivlər görürsünüz və bu, onların rəqabət qabiliyyətinə necə təsir edə bilər?

- Bakı və Tbilisinin rəqəmsal transformasiya və turizm kimi sahələrdə daha fəal əməkdaşlığa ehtiyacı var. Biz nəqliyyat və logistika ilə yanaşı, təkcə öz aramızda deyil, üçüncü ölkələr üçün də turizm sahəsində əməkdaşlıq qurmalıyıq. Turizm sektoruna, xüsusən də onun infrastrukturuna daha çox investisiya cəlb etməyə ehtiyac var. Turizm sahəsində birgə layihələrin həyata keçirilməsi bütövlükdə regiona öz töhfəsini verəcək.

- Gürcüstan Avropa İttifaqına daxil olarsa Azərbaycanla münasibətlərin perspektivləri necə olacaq? Sizcə, Gürcüstanın Aİ-yə daxil olması Cənubi Qafqazda iqtisadi sabitliyə və təhlükəsizliyə necə təsir edəcək?

- Hər halda, Gürcüstanla Azərbaycan arasında münasibətlər həmişə çox yüksək səviyyədə olacaq və Gürcüstan Aİ-yə daxil olarsa, bu əlaqələr daha da genişlənəcək. Aİ Cənubi Qafqazda yeni oyunçu kimi sabitlik və maliyyə imkanları əlavə edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam