Gürcü politoloq: Xocalı faciəsini törədənlər mütləq layiq olduqları cəzanı alacaqlar
Tbilisi, 24 fevral, AZƏRTAC
Xocalı faciəsi təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş qatı cinayətdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri gürcü politoloq, tarixçi alim Quram Marxuliya SOCAR-ın Tbilisidəki baş ofisində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş mərasimdəki çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, erməni millətçiləri Xocalı faciəsini törətməklə Azərbaycan xalqının mübarizlik əzmini qırmağa çalışıblar. Lakin onlar heç zaman buna nail ola bilməyiblər və bilməzlər də. Azərbaycan xalqı 2020-ci ildə 44 günlük Vətən müharibəsində bunu sübut etdi.
Azərbaycan xalqı və Ordusu torpaqları azad etməklə şəhidlərin də qisasını aldı. Ermənilərə layiqli cavab verən Azərbaycan Xocalı faciəsini törədənlərin də ədalət məhkəməsi qarşısında cavab verməsinə nail olacaq. Azərbaycan dövləti buna qadirdir və inanıram ki, yaxın vaxtlarda cinayətkarların cəzalandırılmasına nail olacaq.
Politoloq qeyd edib ki, ermənilər Gürcüstanda da misli görünməmiş qatı cinayətlər törədiblər. Gürcü xalqı da bunu unutmur və unutmayacaq. Gürcü xalqı qardaş və dost Azərbaycan xalqının yanındadır.
Xətayi Əzizov
AZƏRTAC- ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]