Gürcüstan bu il Azərbaycandan 3,017 milyard kubmetr təbii qaz almağı planlaşdırır
Tbilisi, 15 yanvar, AZƏRTAC
Cari ildə Gürcüstanın daxili tələbatının ödənilməsi üçün 3,231 milyard kubmetr həcmində təbii qaz lazım olacaq. Bunun da 99,6 faizi xaricdən alınacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin cari il üçün təsdiq edilmiş təbii qaz balansına dair sənəddə qeyd olunub.
Bildirilir ki, tələbatı ödəmək üçün Gürcüstan Azərbaycandan 3,017 milyard kubmetr təbii qaz idxal etməyi planlaşdırır.
Sənədə əsasən, Gürcüstan ümumilikdə 3,217 milyard kubmetr “mavi yanacaq” idxal etməyi planlaşdırır. Bu həcmin 200 milyon kubmetri Rusiyanın payına düşəcək.
Azərbaycan Gürcüstana bu enerji resursunu ixrac edən əsas ölkədir. Lakin 2023-cü ildə Rusiyadan Gürcüstana təbii qazın ixrac həcmi xeyli artıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:41]
® “PAŞA Bank” həssas qruplardan olan gənclərin inkişafına dəstək göstərir
- 09.10.2026 [14:38]
AIIB Azərbaycanda yaşıl enerji layihələrinə qrant ayıracaq
- 09.10.2026 [13:22]
İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb
- 09.10.2026 [12:46]
ADY-nin Astara Terminalında yük daşımaları 33 faiz artıb
- 09.10.2026 [12:28]