Gürcüstan gəncləri Xocalı soyqırımı qurbanlarının xatirəsini anmışlar
Bakı, 28 fevral (AZƏRTAC). “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Gürcüstanın paytaxtı Tiflisdə, eləcə də Batumi, Zuqdidi, Kutaisi və Qori şəhərlərində gənclərlə silsilə görüşlər keçirilmişdir.
Gürcüstan Azərbaycanlı Tələbələr Assosiasiyasının (GATA) təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasına üzv olan qurumların üzvlərindən ibarət nümayəndə heyətinin dəstəyi ilə keçirilmiş tədbirlərdə ümumilikdə 300-ə yaxın gənc iştirak etmişdir.
Şuradan AZƏRTAC-a bildirmişlər ki, görüşlərdə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, həmçinin ermənilərin Xocalıda törətdikləri vəhşiliklər barədə məlumat verilmişdir.
Görüşlərdə, həmçinin Xocalı soyqırımı ilə bağlı filmlər, videoçarxlar və fotoşəkillər nümayiş etdirilmiş, gürcüstanlı gənclərin sualları cavablandırılmışdır.
Tədbirlərin məqsədi Xocalı faciəsi haqqında gürcüstanlı gənclərin informasiyasını artırmaq olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]