Gürcüstan hökuməti beynəlxalq əhəmiyyətli daha bir yolun inşası ilə bağlı tender elan edib
Tbilisi, 26 iyun, AZƏRTAC
Gürcüstan hökuməti Kaxeti bölgəsində yeni avtomagistral üzərində, beynəlxalq əhəmiyyətli Tbilisi-Saqareco yolunun inşası ilə bağlı tender elan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb.
Bildirilib ki, yüksək hərəkət intensivliyi ilə seçilən hissədə 35,2 kilometr uzunluqda dördzolaqlı asfalt örtüklü yol çəkiləcək.
Yolun inşası dövlət büdcəsindən maliyyələşdiriləcək. Layihələndirmə işlərini Dünya Bankının maliyyə dəstəyi ilə xarici şirkətlər həyata keçirib.
Üç lot üzrə elan edilmiş tenderdə Gürcüstan şirkətləri ilə yanaşı, birgə müəssisələr də iştirak edə biləcəklər.
Tbilisi-Saqareco avtomagistralı paytaxtı Kaxeti regionu ilə birləşdirən, həmçinin Azərbaycanın şimal-qərb bölgəsi ilə əlaqələndirən tranzit dəhlizin bir hissəsidir. Yeni yolun inşası ilə hərəkətin təhlükəsizliyi artacaq və səyahət müddəti əhəmiyyətli dərəcədə azalacaq.
Layihə, həmçinin Gürcüstan ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətini artıracaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]