GÜRCÜSTAN HÜQUQ MÜDAFİƏÇİLƏRİ CƏNUBİ QAFQAZDAKI RUSİYA QOŞUNLARI QRUPUNUN KƏŞFİYYAT-CASUSLUQ ŞƏBƏKƏSİNİ AŞKAR ETMİŞLƏR
Nazir demişdir ki, casus qrupunun üzvlərindən polkovnik Aleksandr Savva, Gürcüstanda fəaliyyət göstərən casuslar qrupunun başçısı polkovnik Dmitri Kazantsev və polkovnik Aleksey Zavqorodnı da yaxalanmışlar. Digər casus podpolkovnik Konstanstin Piçukin isə hələlik CQRQQ qərargahının binasında gizlənir. Merabişvili həmçinin bildirmişdir ki, müxtəlif illərdə Rusiyanın kəşfiyyat xidmətlərində işləmiş və ölkəmizə qarşı casusluq etmiş Gürcüstanın 12 vətəndaşı da dövlət xəyanətində ittiham olunaraq həbsə alınmışdır. Bunlar Artaş Baloyan, Viktor Orexev, Aleksandr Zalinyan, Viktor Zabrodin, Yuri Zabrodin, Qoderdzi Dzuliaşvili, Giya Kakauridze, Aziz Aslanyan, Karen Aboyan, Petre Aşrafyan, Beso Qabaidzedir.
Daxili İşlər Nazirliyindən verilən informasiyaya görə, casus qrupu Gürcüstanın müdafiə qabiliyyəti, NATO ilə birləşmə proqramları və gələcək inkişaf planları, ölkənin enerji təhlükəsizliyi, Müdafiə Nazirliyinin ayrı-ayrı bölmələri, silahlanma, hərbi təyinatlı yüklər, müdafiə və daxili işlər nazirlikləri bölmələrinin təlimləri, dəniz limanları, dəmiryol kommunikasiyaları və onların yük dövriyyəsi, münaqişə zonasında yerləşdirilmiş hərbi birləşmələr barədə məlumat toplayırmış.
Hazırda Daxili İşlər Nazirliyində həmin qrupla cinayət əlaqəsinə girmiş digər şəxslərin müəyyən edilib tutulması məqsədi ilə operativ axtarış tədbirləri görülür.