Gürcüstan iqtisadiyyatı 7 faiz artıb
Tbilisi, 18 aprel, AZƏRTAC
Bu il Gürcüstan iqtisadiyyatı 7 faiz artıb. Ölkənin turizm və ticarət sahələrində nəzərəçarpacaq yüksək rəqəmlər qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin bugünkü iclasından sonra bildirib.
Onun sözlərinə görə, cari ilin birinci rübündə Gürcüstana 1 milyon 200 mindən çox beynəlxalq səyahətçi səfər edib, bu da çox müsbət göstəricidir.
Ticarət sahəsində də artım mövcuddur. Yanvar-mart aylarında ixracatda 25 faiz artım qeydə alınıb və bu göstərici 1 milyard 641 milyon dollar təşkil edib. Baş nazir bunun ölkənin xarici ticarətində rekord rəqəm olduğunu bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [19:12]
Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]
Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır
- 06.10.2026 [17:36]