Gürcüstan iqtisadiyyatı son 11 ildə üç dəfə artıb
Tbilisi, 18 dekabr, AZƏRTAC
Son 11 ildə Gürcüstan iqtisadiyyatı güclü inkişaf yolu keçib və üç dəfə artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin illik hesabatı zamanı bildirib.
Onun sözlərinə görə, 2012-ci ildə Gürcüstanda ümumi daxili məhsul (ÜDM) istehsalı 27 milyard lari olub. Bu il isə həmin rəqəm 80 milyard lari təşkil edib. Hökumət başçısı deyib ki, həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində 2024-cü ildə ölkədə ÜDM istehsalı 86 milyard lari həcmində proqnozlaşdırılır.
Baş nazir deyib ki, 2012-ci ildə ölkənin dövlət büdcəsi 8 milyard 500 milyon ları idi. Hazırda bu rəqəm 20 milyard lariyə çatır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]
ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq
- 07.10.2026 [14:47]
Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib
- 07.10.2026 [14:18]