Gürcüstan mətbuatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən yazır
Tbilisi, 24 avqust, AZƏRTAC
Gürcüstan mətbuatı ermənilərin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki son təxribatlarından yazır.
Gürcü, rus və ingilis dillərində yayımlanan http://www.interpressnews.ge/ru/ xəbər portalı Rusiya KİV-lərinə və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatlarına əsasən yazır ki, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozaraq Azərbaycan Ordusunun Ağdam və Xocavənd rayonları ərazilərindəki mövqelərini minaatanlardan və iriçaplı silahlardan atəşə tutublar. Azərbaycan tərəfinin cavab atəşi nəticəsində Ermənistan ordusunun 5 əsgəri öldürülüb, 8 nəfər yaralanıb.
Məlumatda deyilir ki, qısa, lakin şiddətli atışmadan sonra Azərbaycan tərəfi atəşi dayandırıb ki, ermənilər meyitləri və yaralıları döyüş meydanından çıxara bilsin.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]
Baş nazir Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
- 16.06.2026 [13:40]