Gürcüstan MSK seçkilərin ilkin nəticələrini açıqlayıb
Tbilisi, 1 noyabr, AZƏRTAC
Gürcüstan Mərkəzi Seçki Komissiyası oktyabrın 31-də keçirilən parlament seçkilərinin ilkin rəsmi nəticələrini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, 3847 məntəqədən 2252-də səslər hesablanıb.
Bu hesablamalara görə hakim "Gürcü Arzusu -Demokratik Gürcüstan" Partiyası 49,32 faiz, "Vahid Milli Hərəkat" Partiyası 25,94 faiz, "Avropalı Gürcüstan" Partiyası 3,77 faiz səs əldə edib.
Digər müxalifət partiyaları - “Vətənpərvərlər Alyansı” 3,26 faiz, “Lelo” partiyası 3,16 faiz, “Aqmaşenebeli strategiyası” 3,1 faiz, “Qirçi” 2,87 faiz, “Vətəndaş - Eliko Elisaşvili” 1,34 faiz, Leyboristlər partiyası isə 1,03 səs qazanıblar.
MSK-dan qeyd olunub ki, Tbilisinin bütün birmandatlı seçki dairələrinin parlament seçkilərində qalibi müəyyən etmək üçün ən azı 5 dairədə ikinci tur tələb olunacaq. Gürcüstan üzrə bəzi regionlarda da ikinci turun keçiriləcəyi mümkündür.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]