Gürcüstan növbəti dəfə “Uşaq Avroviziya 2025” mahnı müsabiqəsinə ev sahibliyi edəcək
Tbilisi, 27 noyabr, AZƏRTAC
Gürcüstan “Uşaq Avroviziya 2025” (Junior Eurovision) mahnı müsabiqəsinə ev sahibliyi etməyə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, Avropanın ən nüfuzlu uşaq müsabiqəsinin finalı dekabrın 13-də keçiriləcək.
Tədbirdə 18 Avropa ölkəsindən nümayəndələr, o cümlədən "Ranina"nın qalibi Anita Abqariani iştirak edəcək.
Gürcüstanın Birinci Kanalının baş direktoru Tinatin Berdzenişvili bu gün keçirilən mətbuat konfransında deyib ki, Gürcüstan dördüncü dəfə “Uşaq Avroviziya” mahnı müsabiqəsinin qalibi olub. İctimai Yayımçı isə ikinci dəfədir ki, aparıcı olur.
"Müsabiqədə 3000-ə qədər uşaq iştirak edəcək, yarışma aparıcı yayımçıları tərəfindən canlı yayımlanacaqlar”, - deyə Tinatin Berdzenişvili bildirib.
Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadzenin deyib ki, müsabiqəsinin ikinci dəfə Gürcüstanda keçirilməsi qürurverici haldır. Onun sözlərinə görə, bu, ölkə üçün böyük əhəmiyyət kəsb edir.
"Mən şadam ki, Gürcüstan “Uşaq Avroviziya” mahnı müsabiqəsində heç bir ölkədə olmayan belə bir nəticə əldə edib. Uşaqlarımızın istedadı dünyanı dilə gətirir", - deyə nazir bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]