GÜRCÜSTAN PARLAMENTİ GÖMRÜK MƏCƏLLƏSİNDƏ DƏYİŞİKLİK LAYİHƏSİNİ MÜZAKİRƏ ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan maliyyə nazirinin müavini Georgi Qodabrelidze Gömrük Məcəlləsində dəyişiklik layihəsini deputatların müzakirəsinə təqdim etmişdir. Layihəyə əsasən, Gürcüstana 2 min lariyədək (1100 dollar) mal gətirən şəxs 5 avro gömrük rüsumu ödəyəcəkdir.
Layihə deputatlar tərəfindən birmənalı qarşılanmamışdır. Deputat Zurab Tkemaladze 50 larilik (28 dollar) mal gətirənlə 2 min larilik mal gətirənin eyni məbləğdə rüsum ödəməsini ədalətsizlik saymışdır.
Nazir müavini isə Gömrük Məcəlləsində dəyişikliyin idxalçıların vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə edildiyini diqqətə çatdırmışdır.