GÜRCÜSTAN PARLAMENTİ KONSTİTUSİYADA DƏYİŞİKLİKLƏRİ TƏSDİQLƏDİ
Layihəyə görə, parlament dövlət büdcəsini və Baş nazirin namizədliyini dalbadal üç dəfə təsdiq etmədiyi halda, prezident parlamenti buraxmaq hüququ alır. Prezident müstəsna hallarda başqa ölkələrin vətəndaşlarına Gürcüstan vətəndaşlığı vermək hüququna da malik olur. Ekspertlərin fikrincə, bu, əsasən, xaricdə yaşayan, digər ölkələrin vətəndaşları olan, lakin Gürcüstan qarşısında xüsusi xidmətlər göstərmiş Gürcüstan əsillilərinə aiddir.
Xatırladaq ki, Baş nazir vəzifəsi Konstitusiyaya əsasən, 1995-ci ildə ləğv edilmişdi. Buna görə də o vaxtdan bəri prezidentdən sonra icra hakimiyyətində ikinci şəxs sayılan dövlət naziri vəzifəsi mövcud idi. Lakin onun səlahiyyətləri məhdudlaşdırılmışdı. Cari sosial-iqtisadi məsələlərin həlli ilə də prezident məşğul olurdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]