Gürcüstan polisi narkotiklərin satışı ilə məşğul olan transmilli cinayətkar şəbəkənin üzvlərini həbs edib
Tbilisi, 21 iyul, AZƏRTAC
Gürcüstanda narkotiklərin qanunsuz satışı ilə məşğul olan beynəlxalq şəbəkənin üzvləri saxlanılıb. Həbs olunanlar əsasən Gürcüstan, Bolqarıstan və Türkiyə vətəndaşlarıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi və Baş Prokurorluğunun yaydığı birgə məlumatda bildirilir.
Qeyd olunub ki, uzun müddət müxtəlif regionlarda aparılan istintaq hərəkətləri nəticəsində transmilli cinayətkar dəstənin 22 üzvü saxlanılıb.
Cinayətkar dəstənin üzvləri müxtəlif vaxtlarda Gürcüstana külli miqdarda heroin, kokain, buprenorfin, metadon, metamfetamin, amfetamin və MDMA kimi narkotik maddələr gətiriblər. Narkotik vasitələr həm Gürcüstan daxilində satılıb, həm də başqa ölkələrə daşınıb. Cinayətkar dəstənin fəaliyyətinə vəkillər dəstək veriblər. Vəkillər narkotiklərin satışına, narkotacirlərin hesablarına nəzarəti və çirkli pulların yuyulmasına nəzarət ediblər.
Əməliyyat-axtarış tədbirləri nəticəsində dəstə üzvlərinin evlərindən xeyli miqdarda narkotik maddə, silah-sursat, kompüterlər, mobil telefonlar və avtomobillər götürülüb.
Saxlanılan şəxsləri 20 ildən çox, hətta ömürlük həbs cəzası gözləyir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [11:10]
Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib
- 29.09.2026 [10:44]
Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb
- 29.09.2026 [10:42]
Suriyada qaz kəməri partladılıb
- 29.09.2026 [10:01]
Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub
- 29.09.2026 [08:55]
Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir
- 29.09.2026 [08:05]
Rubio: Avropa ciddi çətinliklərlə üzləşib
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:14]
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb
- 28.09.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 28.09.2026 [20:00]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [19:58]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:44]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:36]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [19:19]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [19:17]
Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni
- 28.09.2026 [19:06]
Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil
- 28.09.2026 [19:05]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:57]
Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb
- 28.09.2026 [18:55]