GÜRCÜSTAN PREZİDENTİ QARDABANİDƏ AZƏRBAYCANLILARLA GÖRÜŞMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan Prezidenti Mixail Saakaşvili fevralın 16-da Kvemo Kartli-Borçalı bölgəsinin Qardabani rayonundakı Candar kəndinə getmişdir. Prezident Hacıyevlər ailəsində çay süfrəsi arxasında 12 nəfər ağsaqqal ilə görüşmüş, kəndin və rayonun problemləri ilə maraqlanmışdır.
Ağsaqqallar, əsasən, mövcud sosial problemlərdən danışmış, əkinəyararlı torpaq sahəsinin paylanması zamanı ayrı-seçkiliyə yol verildiyini bir daha bildirmişlər. Onlar Gürcüstanın rifahı naminə Prezidentə uğur diləmiş və bu işdə ona yardımçı olacaqlarını bildirmişlər.