GÜRCÜSTAN PREZİDENTİ RUSİYA RƏSMİLƏRİNİN BƏYANATLARINA CAVAB VERMİŞDİR
Prezident Rusiyanın Gürcüstanı iqtisadi qadağalarla hədələməsindən qorxmadığını bəyan edərək, demişdir: “Rusiyanın bizə qarşı tətbiq etdiyindən daha ağır qadağa yoxdur. Bunu tətbiq edənlər elə düşünürdülər ki, biz məhv olacağıq, ancaq möhkəm dayanmışıq və dayanacağıq. Biz ölkəmizə qarşı hər cür qadağalara təmkinlə yanaşırıq. Artıq bir ildir ki, gizlətmədən açıq-açığına deyirəm: bizim əks-kəşfiyyat işləyir. Biz dövlətimizin demokratik təhlükəsizliyini təmin etməyə qadirik”.
Saakaşvili Gürcüstandakı Rusiya vətəndaşlarının ailə üzvlərinin ölkəni tərk etməsini anlaşılmaz bir hadisə olduğunu bildirmişdir. O vurğulamışdır ki, Gürcüstanda rus hərbçilərinin ailə üzvlərinə heç bir təhlükə törədilə bilməz və buna heç kimin şəkk-şübhəsi olmasın. O demişdir: “Rəsmi Tbilisi beynəlxalq hüquq normalarına əməl edir, eyni zamanda, öz qanunlarını qoruyur və hamının da bizim qanunlara hörmətlə yanaşmasını istəyirik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:26]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]