Gürcüstan-Rusiya sərhədində 3000-dən çox avtomobil dayanıb
Tbilisi, 7 dekabr, AZƏRTAC
Hazırda Gürcüstan ilə Rusiya arasındakı “Kazbeqi” sərhəd-keçid məntəqəsində 2700 yük və 200-dən çox minik avtomobili dayanıb.
AZƏRTAC xəbər verir ki, sərhəd-keçid məntəqəsinin bağlanmasına hər iki ölkənin ərazisində güclü qar yağması, yolların buz bağlaması və qar uçqunu təhlükəsi səbəb olub.
Dekabrın 7-dən Gürcüstandan Rusiyaya gedən beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepandtsminda-Lars avtomobil magistralının Kobi-Qudauri hissəsində bütün növ avtomobillərin hərəkəti qadağan edilib. Hazırda sərhəd keçid məntəqəsində və yollarda dayanan yük avtomobillərinin böyük əksəriyyəti Ermənistana məxsusdur.
Qeyd edək ki, Mtsxeta-Stepandtsminda-Lars (Yuxarı Lars) yolu Gürcüstan ilə Rusiya arasında yeganə quru yoldur. Bu yol, eyni zamanda, Ermənistanı da Rusiya ilə bağlayan yeganə avtomagistraldır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [19:12]
Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]