Gürcüstan-Rusiya yolu yenidən bağlanıb
Tbilisi, 6 dekabr, AZƏRTAC
Gürcüstandan Rusiyaya gedən yeganə Yuxarı Lars yolu yenidən bağlanıb. İki ölkənin sərhədindəki keçid məntəqəsində irihəcmli yük maşınlarının hərəkəti qadağan edilib.
AZƏRTAC xəbər verir ki, yolunn bağlanmasına hava şəraitinin yenidən pisləşməsi, güclü qar yağması, yolların buz bağlaması və dağlıq ərazilərdə qar uçqunu təhlükəsinin artması səbəb olub. Hazırda yolda 2000-dən çox yük avtomobilinin dayandığı bildirilir. Onların böyük əksəriyyəti Ermənistana məxsusdur.
Qeyd edək ki, “Gürcüstan hərbi yolu” kimi də tanınan bu beynəlxalq əhəmiyyətli magistral Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur.
Yol bir neçə gün əvvəl də əlverişsiz hava şəraiti ilə əlaqədar bağlanmışdı.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [19:12]
Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]
Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır
- 06.10.2026 [17:36]