Gürcüstan voleybolçuları Avropa çempionatında ikinci oyunda da məğlub olublar
Tbilisi, 23 sentyabr, AZƏRTAC
Sentyabrın 23-də - Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi etdiyi qadınlar arasında voleybol üzrə Avropa çempionatının ikinci günündə “B" qrupunda yer alan Gürcüstan və Xorvatiya komandaları qarşılaşıblar.
AZƏRTAC xəbər verir ki, Tbilisidə, Yeni İdman Kompleksində oynanılan görüşdə ilk setdən üstünlüyü ələ alan Xorvatiya komandası mübarizə əzmini sona qədər davam etdirib. Oyun xorvatların 3:1 hesablı qələbəsi ilə başa çatıb (25:12, 25:13, 23:25 və 25:23).
Beləliklə, Gürcüstan voleybolçuları Avropa çempionatında ikinci dəfə məğlubiyyətlə üzləşiblər. Xorvatiyalılar isə Belarus millisinə məğlubiyyətdən sonra ikinci görüşdə qalib gələrək şanslarını yaxşılaşdırıblar.
Qrupun digər oyununda isə bu gün İtaliya və Belarus milliləri qarşılaşacaqlar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi