Gürcüstan voleybolçuları Avropa çempionatında mübarizəni dayandırıblar
Tbilisi, 24 sentyabr, AZƏRTAC
Sentyabrın 24-də Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi etdiyi qadınlar arasında voleybol üzrə Avropa çempionatının ikinci günündə “B" qrupunda yer alan Gürcüstan və Belarus komandaları qarşılaşıblar.
AZƏRTAC xəbər verir ki, Tbilisidə, Yeni İdman Sarayında keçirilən görüş Belarus komandasının üstünlüyü ilə keçib. İlk setdən üstünlüyü ələ alan Belarus komandası mübarizə əzmini sona qədər davam etdirib və oyunu 3:0 hesablı qələbə ilə başa çatdırıb (1-ci set: 25-8; 2-ci set: 25-11 ; 3-cü set: 25-12). Bununla da Gürcüstan komandası çempionatdakı mübarızəni dayandırıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi