Gürcüstan XİN Dağlıq Qarabağda keçirilmiş qanunsuz “seçkilərlə” bağlı bəyanat yayıb
Tbilisi, 1 aprel, AZƏRTAC
Gürcüstan hökuməti martın 31-də Azərbaycanın işğal olunan ərazilərində keçirilən qondarma “prezident və parlament seçkiləri”ni tanımır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Sənəddə qeyd olunur ki, Gürcüstan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.
Bəyanatda deyilir: “Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinin tərəfdarıdır”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:16]
Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
- 07.10.2026 [14:06]